Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı!


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kultaz.com mədəniyyət portalının təşkilatçılığı ilə keçirilən III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə tanınmış yazarlar, tənqidçilər, media nümayəndələri iştirak ediblər. Birinci mərhələdə nominatları 9 nəfərdən ibarət Ekspertlər Şurası irəli sürüb. Hər bir ekspert hər bir nominasiyada maksimum 5 kitab irəli sürmək hüququna malik olub. Nominant kitablar üçün Təşkilat Komitəsi tərəfindən ümumi kriteriyalar müəyyənləşdirilib. Bura həmin kitabların ictimai müzakirəyə səbəb olması, ədəbi tənqiddən peşəkar resenziyalar alması əsas götürülüb. Son 10 ilin ədəbi əsəri üçün isə ən azı bir xarici ölkədə nəşr olunması, ictimai müzakirəsi, yerli və xarici tənqiddən rəy alması kriteriyaları təyin edilib.

Ekspertlər Şurası 3 nominasiya üzrə qalibləri seçiblər:

1. Son 10 ilin ədəbi əsəri:
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı

2. İlin romanı:
Nərmin Kamalın “Aç, mənəm” və Pərvizin “Yad dildə” romanları

3. İlin şeir kitabı:
Günel Mövlud, “5XL”

Paralel olaraq, Təşkilat Komitəsi hər 3 nominasiya üzrə yazarlar və oxucular arasında anket sorğusu keçirib. Ekspertlərin, yazarların və oxucuların səsverməsinin ortaq nəticəsi kimi isə müsabiqənin yekununda ən yaxşı kitablardan ibarət Qısa Siyahı tərtib olunub.

III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi
QISA SİYAHI

Son 10 ilin ən yaxşı nəsr əsərləri (kitabları)

Kamal Abdulla “Yarımçıq əlyazma”
Aqil Abbas, “Dolu”
Anar, “Ağ qoç, qara qoç”
Sabir Rüstəmxanlı, “Ölüm zirvəsi”(Cavad xan)
Rafiq Tağı, Hekayələr- 2 cilddə
Əkrəm Əylisli, “Ətirşah masan”
Həmid Herisçi, “Nekroloq”
Məqsəd Nur, “Tərs kimi”
Fəxri Uğurlu, “Hekayələr”
Səfər Alışarlı, “Maestro”

Son 10 ilin ən yaxşı şeir kitabları

Ramiz Rövşən, “Nəfəs”
Səlim Babullaoğlu, “İlyas Köçmənin şəkilli dəftəri”
Əjdər Ol, “Günəbaxan zəmisi”
Vaqif Bayatlı Odər, “Yupyumru bir eşq ilə”
Aqşin Yenisey, “Unutmaq sözünün şəkli” (Sizin eradan əvvəl)

2010-cu ilin ən yaxşı romanları

Pərviz, “Yad dildə”
Nərmin Kamal “Aç mənəm”
Aqşin, “Göləqarğısancan”
İlqar Fəhmi, “Bakı tarixindən kollaj”
Qaraqan, “A”
Kəramət Böyükçöl, “Çöl”

2010-cu ilin ən yaxşı şeir kitabları

Günel Mövlud, “5XL”
Səlim Babullaoğlu, “Polkovnikə heç kim yazmır”
II Qismət, “Vitrin”
Zahid Sarıtorpaq, “Üfürülmüş çırağın ruhu”
Cavidan, “Bu şeir deyil”

Hiç yorum yok: