Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsi başa çatdı

10 ilin və bu ilin ən yaxşı əsərləri müəyyən edildi

III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb. Müsabiqənin qalibləri dekabrın 25-də saat 13-00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat Prospekti, 529) keçiriləcək tədbirdə açıqlanacaq.

Xatırladaq ki, 9 nəfərdən ibarət Ekspertlər Şurası son 10 ilin ədəbi əsəri, ilin romanı və ilin şeir kitabı olmaqla 3 nominasiya üzrə qalibləri müəyyən ediblər. Bundan əlavə, təşkilatçıların yazarlar arasında keçirdiyi alternativ sorğunun da qalibləri – hər nominasiya üzrə ən yaxşı kitabların adları açıqlanacaq.

Tədbirə KİV nümayəndələri və yazarlar dəvətlidir.

Xatırladaq ki, müsabiqənin ikinci mərhələsi- Debüt nominasiyasının qalibləri isə gələn il fevralın 2-də elan olunacaq. (Debüt nominasiyasına əsərlərin qəbulu dekabrın 25-də başa çatır: ətraflı məlumat üçün bu linkə bax)

Qeyd edək ki, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi 2008-ci ildən etibarən hər il keçirilir. Müsabiqənin təşkilatçısı Kultaz.Com mədəniyyət portalıdır.

Hiç yorum yok: