II "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin finalçıları açıqlandı

30 noyabr 2009

Ortaya çıxan bəzi texniki problemlər üzündən keçirilməsi prosesində ləngimələr yaranan II "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsi nəhayət ki, işini bərpa edib.
Xatırladaq ki, ənənəvi olaraq fevral ayının 2-də - Gənclər Günündə start götürən müsabiqədə iştirak etmək üçün ölkəmizdən, eləcə də İran, Rusiya və Fransadan 47 həmyerlimiz Təşkilat Komitəsinə müraciət edib. Onlardan 44-nün müraciəti müsbət qiymətləndirilib. Digər 3 nəfər isə- ikisi qaydalara əməl etmədiyinə, digəri isə adi davranış qaydaları və etik normalarla tanış olmadığına görə- müsabiqədən kənarlaşdırılıb.
Müsabiqənin I mərhələsində 43 nəfərin 140-dan artıq bədii mətni dəyərləndirilib.
İlkin dəyərləndirmələrdən sonra müsabiqənin final mərhələsinə 23 müəllifin 46 mətni adlayıb.
Müsabiqənin final mərhələsinə adlayan müəlliflər nominasiyalar üzrə aşağıdakılardır (sıralama şərtidir):

Proza

Cavid Zeynallı
Natiq Məmmədli
Arif Qasımov
Faiq Mirzəyev
Asiman Eyniyev
Natəvan Mikayılova
Cəlil Yurdsevən
Reyhan Şıxlı
Xatirə Sadıqova
Ayxan Kiçikbəy
Sahilə İbrahimova
Yeganə Məmmədova

Şeir

İmarət
Elvin Kədər
Ayaz Şirin
Aysel Novruzova
Vüsal Nuru
Sevil Bəhramova
Ay Han
Ruslan Ələkbərli
Sərxan Hüseynli
Zamir Ağazadə
Xaqani Əliyev


Finala adlayan müəlliflər arasından peşəkar münsiflər yanvarın 15-nə qədər hər nominasiya üzrə I, II və III yerlərin sahiblərini seçəcək.
Təşkilat Komitəsinin qərarına əsasən, qaliblərin adları yeni müsabiqənin başlanmasıyla eyni tarixdə- Fevralın 2-də elan olunacaq.

Müsabiqədə maksimum obyektivliyi təmin etmək üçün hər il dəyişən münsiflərin adları sonadək gizli saxlanılır və yalnız mükafatlandırma mərasimi zamanı açıqlanır.

Həmçinin dəyərləndirmə zamanı münsiflər hansı mətnin kimə aid olduğunu bilmir. Qiymətləndirmə hər mətn üzrə 10 ballıq sistemlə keçirilir.

Müsabiqənin təşkilatçıları “Lit.az” Ədəbiyyat Portalı və “Kultaz.com” Mədəniyyət Portalıdır.