Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı!


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kultaz.com mədəniyyət portalının təşkilatçılığı ilə keçirilən III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə tanınmış yazarlar, tənqidçilər, media nümayəndələri iştirak ediblər. Birinci mərhələdə nominatları 9 nəfərdən ibarət Ekspertlər Şurası irəli sürüb. Hər bir ekspert hər bir nominasiyada maksimum 5 kitab irəli sürmək hüququna malik olub. Nominant kitablar üçün Təşkilat Komitəsi tərəfindən ümumi kriteriyalar müəyyənləşdirilib. Bura həmin kitabların ictimai müzakirəyə səbəb olması, ədəbi tənqiddən peşəkar resenziyalar alması əsas götürülüb. Son 10 ilin ədəbi əsəri üçün isə ən azı bir xarici ölkədə nəşr olunması, ictimai müzakirəsi, yerli və xarici tənqiddən rəy alması kriteriyaları təyin edilib.

Ekspertlər Şurası 3 nominasiya üzrə qalibləri seçiblər:

1. Son 10 ilin ədəbi əsəri:
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı

2. İlin romanı:
Nərmin Kamalın “Aç, mənəm” və Pərvizin “Yad dildə” romanları

3. İlin şeir kitabı:
Günel Mövlud, “5XL”

Paralel olaraq, Təşkilat Komitəsi hər 3 nominasiya üzrə yazarlar və oxucular arasında anket sorğusu keçirib. Ekspertlərin, yazarların və oxucuların səsverməsinin ortaq nəticəsi kimi isə müsabiqənin yekununda ən yaxşı kitablardan ibarət Qısa Siyahı tərtib olunub.

III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi
QISA SİYAHI

Son 10 ilin ən yaxşı nəsr əsərləri (kitabları)

Kamal Abdulla “Yarımçıq əlyazma”
Aqil Abbas, “Dolu”
Anar, “Ağ qoç, qara qoç”
Sabir Rüstəmxanlı, “Ölüm zirvəsi”(Cavad xan)
Rafiq Tağı, Hekayələr- 2 cilddə
Əkrəm Əylisli, “Ətirşah masan”
Həmid Herisçi, “Nekroloq”
Məqsəd Nur, “Tərs kimi”
Fəxri Uğurlu, “Hekayələr”
Səfər Alışarlı, “Maestro”

Son 10 ilin ən yaxşı şeir kitabları

Ramiz Rövşən, “Nəfəs”
Səlim Babullaoğlu, “İlyas Köçmənin şəkilli dəftəri”
Əjdər Ol, “Günəbaxan zəmisi”
Vaqif Bayatlı Odər, “Yupyumru bir eşq ilə”
Aqşin Yenisey, “Unutmaq sözünün şəkli” (Sizin eradan əvvəl)

2010-cu ilin ən yaxşı romanları

Pərviz, “Yad dildə”
Nərmin Kamal “Aç mənəm”
Aqşin, “Göləqarğısancan”
İlqar Fəhmi, “Bakı tarixindən kollaj”
Qaraqan, “A”
Kəramət Böyükçöl, “Çöl”

2010-cu ilin ən yaxşı şeir kitabları

Günel Mövlud, “5XL”
Səlim Babullaoğlu, “Polkovnikə heç kim yazmır”
II Qismət, “Vitrin”
Zahid Sarıtorpaq, “Üfürülmüş çırağın ruhu”
Cavidan, “Bu şeir deyil”

Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsi başa çatdı

10 ilin və bu ilin ən yaxşı əsərləri müəyyən edildi

III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb. Müsabiqənin qalibləri dekabrın 25-də saat 13-00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat Prospekti, 529) keçiriləcək tədbirdə açıqlanacaq.

Xatırladaq ki, 9 nəfərdən ibarət Ekspertlər Şurası son 10 ilin ədəbi əsəri, ilin romanı və ilin şeir kitabı olmaqla 3 nominasiya üzrə qalibləri müəyyən ediblər. Bundan əlavə, təşkilatçıların yazarlar arasında keçirdiyi alternativ sorğunun da qalibləri – hər nominasiya üzrə ən yaxşı kitabların adları açıqlanacaq.

Tədbirə KİV nümayəndələri və yazarlar dəvətlidir.

Xatırladaq ki, müsabiqənin ikinci mərhələsi- Debüt nominasiyasının qalibləri isə gələn il fevralın 2-də elan olunacaq. (Debüt nominasiyasına əsərlərin qəbulu dekabrın 25-də başa çatır: ətraflı məlumat üçün bu linkə bax)

Qeyd edək ki, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi 2008-ci ildən etibarən hər il keçirilir. Müsabiqənin təşkilatçısı Kultaz.Com mədəniyyət portalıdır.

Ən yaxşı kitablar: sorğunun ilkin nəticələri


Kultaz.Com saytı III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi çərçivəsində ədəbi ictimaiyyət arasında geniş sorğu keçirir.
Sorğuda yazarlar, tənqidçilər, filoloqlar iştirak edə bilər. Bu məqsədlə hazırlanmış xüsusi sorğu anketi 200-dən çox ədəbiyyat adamının elektron ünvanına göndərilib.

Sorğunun məqsədi III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin 3 nominasiyası (son 10 ilin bədii əsəri, ilin romanı, ilin şeir kitabı) üzrə alternativ qalibləri seçməkdir. Bəlli olduğu kimi, müsabiqənin qaydalarına uyğun olaraq, bu nominasiyalar üzrə qalibləri 9 nəfərdən ibarət Ekspertlər Şurası seçəcək. Bununla belə, ədəbi ictimaiyyət arasında keçirilən sorğunun nəticələri də müsabiqənin sonunda rəsmən elan olunacaq.

Bir daha vurğulayırıq ki, sorğuda Azərbaycan vətəndaşı olan yazarlar, tənqidçilər, filoloqlar iştirak edə bilər. Sorğuda iştirak edəcək hər kəsə öncədən təşəkkür edirik.

Bu günə olan nəticələrə görə, hər 3 nominasiyada öndə olan 5 kitabın adını təqdim edirik:

1. Son 10 ilin ən uğurlu bədii əsəri

- “Yarımçıq əlyazma” (Kamal Abdulla)
- “Ətirşah masan” (Əkrəm Əylisli)
- “Nekroloq” (Həmid Herisçi)
- “İlyas Köçmənin şəkilli dəftəri” (Səlim Babullaoğlu)
- “Dolu” (Aqil Abbas)

2. İlin romanı

- “Aç, mənəm” (Nərmin Kamal)
- “Göləqarğısancanlar” (Aqşin Yenisey)
- “Yad dildə” (Pərviz)
- “Bakı tarixindən kollaj” (İlqar Fəhmi)
- “Çöl” (Kəramət Böyükçöl)

3. İlin şeir kitabı

- “5XL” (Günel Mövlud)
- “Vitrin” (II Qismət)
- “Polkovnikə heç kim yazmır” (Səlim Babullaoğlu)
- “Üfürülmüş çırağın ruhu” (Zahid Sarıtorpaq)
- “Bu şeir deyil” (Cavidan)